İngiltərənin "Milan" klubu İngiltərə təmsilçisi "Mançester Siti"də çıxış edən Mateo Kovaçiçlə maraqlanır.
"Report" "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi az forma şansı əldə etdiyi üçün komandasını dəyişmək niyyətindədir.
Hətta "şəhərlilər" xorvatiyalı oyunçunun müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqları da dayandırıb.
Qeyd edək ki. Mateo Kovaçiç cari mövsüm "Mançester Siti"də cəmi 37 dəqiqə meydanda olub. Onun klubla sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.