"Milan" Kristian Pulisiçə yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, "rossonyerlər" 27 yaşlı futbolçunu itirmək istəmir.
Buna görə də, ona yeni şərtlərlə 2 illik müqavilə təklif olunub.
Lakin hələ ki ABŞ millisinin üzvü "Milan"ın təklifinə konkret cavab verməyib.
Pulisiçin İtaliya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, "Borussiya"(Dortmund), "Çelsi" komandalarında oynayıb.