"Udineze"nin müdafiəçisi Tomas Kristensen İtaliyada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Milan" danimarkalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Qırmızı-qaralar" Kristenseni yanvar ayında heyətinə qatmağa çalışacaq. Klubu 21 yaşlı mərkəz müdafiəçisini 15 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Udineze" Tomas Kristenseni 2023-cü ilin yayında "Orxus"dan transfer edib. Danimarka U-21 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.