"Milan" Emerson Royalı transfer etmək üzrədir.
Sport24.az xəbər verir ki, İtaliya klubu "Tottenhem"in futbolçusu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
25 yaşlı braziliyalı bu anlaşmaya görə A Seriyasında mövsümə 3 milyon avro qazanacaq. "Milan" futbolçu ilə şəxsi müqavilənin şərtlərni razılaşdırdıqdan sonra klubu ilə anlaşmanı yekunlaşdıracaq.
Londonlular bu futbolçunu 2021-ci ildə "Barselona"dan 25 milyon avroya transfer etmişdi. İndi isə onun dəyəri 18 milyona enib.