top
Mikel Alvaro Salazar: Montiel 'Qarabağ' üçün çox vacib oyunçu ola bilər Idman.biz
15 avqust 2025, 14:44
- ↺ +

Mikel Alvaro Salazar: "Montiel 'Qarabağ' üçün çox vacib oyunçu ola bilər"

"Qarabağ"ın bu yay transferlərindən biri də Joni Montieldir. Bu futbolçunun Ağdam klubuna keçidində önəmli rolu, meneceri Mikel Alvaro Salazar oynayıb. Vaxtı ilə Azərbaycanda futbolçu kimi legioner həyatı yaşamış Alvaro Sportal.az saytına müsahibəsində Montiel barədə danışıb.

- Montielin "Qarabağ"ın yeni ulduzu olacağına inanırsınız?

- İnanıram ki, o, "Qarabağ" üçün çox vacib oyunçu ola bilər. Çünki onun çox keyfiyyətli oyun performansı var. Üstəlik, çox güclü zərbələrə malikdir. Zamanla hər şeyi görəcəksiniz.

- "Qarabağ"a keçid necə oldu? Klub onunla çoxdan maraqlanır?

- "Qarabağ" artıq bir neçə mövsümdür ki, Montieli izləyirdi. "Qarabağ"ın bu mövqe üçün oyunçu axtardığını biləndə, Joni ilə əlaqə saxladım və ona layihə haqqında bütün yaxşı şeyləri, Bakıdakı həyatın necə olduğunu danışdım. O da mənə qulaq asdı və "Qarabağ"la müqavilə imzalamağa razılaşdı.

- Montiel hansı üstünlüklərə malikdir?

- O, komanda yoldaşları ilə münasibət yaratmaq üçün əla keyfiyyətə, əla final ötürməsinə və təsirli zərbələrə malikdir.

- Joni "Rayo Valyekano", "Deportivo", "Levante", "Valyadolid" kimi klublarda oynayıb. Onun "Qarabağ"a keçməsini irəliyə doğru addım hesab edirsiz? Yəqin ki, Çempionlar Liqasında oynamaq istəyir deyə, bu seçimə üstünlük verib?

- 26 yaşına qədər o, çox klubda oynayıb. Üstəlik, çox erkən yaşda debüt edib. "Qarabağ"a keçidini karyerasında çox vacib addım hesab edirəm. Mən bunu ona belə də dedim. O, Avropada oynayacaq çempion komandaya qoşulub və ümid edirəm ki, Çempionlar Liqasında yer alacaq. Bu da Joni üçün çox şey deməkdir.

- Montiel özünü sübut etsə, yəqin ki, "Qarabağ" sizdən daha çox futbolçu istəyəcək? Montiel sizin üçün "Qarabağ"la əməkdaşlığınız üçün sınaqdır?

- "Qarabağ"la işləmək çox xoşdur. Onlar bizə bütün imkanları verməklə hər şeyi çox asanlaşdırdılar və ümid edirəm ki, bu, aramızda olan bir çox sövdələşmələrdən birincisidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Futbol
Bu gün, 14:57

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

Güləş
Bu gün, 14:54

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Futbol
Bu gün, 14:42

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:10

Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib

Oxşar xəbərlər