Heyətini gücləndirməyə çalışan "Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, komanda yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli ilə anlaşıb.
Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.
Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın "Çesena" və "Pavia", İspaniyanın "Alaves", ölkəmizdə "İnter" / "Keşlə" / "Şamaxı", "Neftçi" və "Zirə" klublarının heyətində çıxış edib.
İdman.biz