top
Mevlüt Erdinç Qarabağın ÇL-dəki çıxışından və Azərbaycan futbolunun gələcəyindən danışıb Idman.biz
12 noyabr 2025, 15:17
- ↺ +

Mevlüt Erdinç "Qarabağ"ın ÇL-dəki çıxışından və Azərbaycan futbolunun gələcəyindən danışıb

Türkiyə millisinin sabiq futbolçusu, karyerası ərzində Fransanın PSJ və Türkiyənin "Fənərbaxça" komandalarının formasını geyinmiş Mevlüt Erdinç "Qarabağ"ın UEFA Çempionlar Liqasında (ÇL) göstərdiyi nəticələri dəyərləndirib, Azərbaycan milli komandası ilə bağlı təəssüratlarını bölüşüb.

Veteran hücumçu 2014-cü ildə Fransanın "Sent-Etyen" klubunun heyətində Bakıda "Qarabağ"a qarşı keçirdiyi görüşü (0:0) hələ də böyük məmnuniyyətlə xatırladığını, Ağdam təmsilçisinin o vaxtdan bu günə qədər çox inkişaf etdiyini söyləyib: "Matç qolsuz heç-heçə ilə yekunlaşmışdı. Tofiq Bəhramov adına Respublika Stadionunda çox gözəl atmosfer var idi. Qurban Qurbanov çox təcrübəli məşqçidir və komandası onun rəhbərliyi altında Çempionlar Liqasında olduqca yaxşı çıxış edir. Bir türk olaraq, qardaş ölkə Azərbaycanla qürur duyuram", - deyə AZƏRTAC-a açıqlamasında deyib.

M. Erdinç "köhlən atlar"ın Liqa mərhələsində noyabrın 26-da İtaliyada "Napoli"yə qarşı keçirəcəyi V tur qarşılaşmasında da şanslarının az olmadığını vurğulayıb: "Napoli" çox güclü heyətə malikdir, amma "Qarabağ" Çempionlar Liqasında müsbət nəticələr qazanır və artıq özünəinamla oynayır. Yarımmüdafiəçi Abdullah Zubirlə futbolçu kimi qarşılaşmışam. Texnikalı və təcrübəli oyunçudur. Ümid edirəm ki, İtaliya təmsilçisindən xal ala bilərlər".

38 yaşlı keçmiş hücumçu Azərbaycan milli komandası barədə də fikirlərini açıqlayıb: "Daha əvvəl Azərbaycan millisindən təklif almamışam, amma gələcəkdə niyə də olmasın? Bu barədə düşünə bilərəm. Çünki həm "Qarabağ", həm də ümumilikdə Azərbaycan futbolu çox gözəl gələcəyə sahibdir".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:02

Renat Dadaşov sağaldı, Ukraynaya qayıtmadan əvvəl məşqlərə qayıdacaq

Qarabağ FK
Bu gün, 10:00

X turda 18,900 azarkeş izləyib – “Kəpəz” yenidən lider oldu

Futbol
Bu gün, 09:52

Messi'dən Mbappé'ye: Ulduz Futbolçuların Klub Sahibliyi

Futbol
Bu gün, 09:43

Mahir Emreli oyunu ilə Rakuv 3-1 qalib qaldı

Futbol
Bu gün, 09:40

Manchester United skautlarını Borussia Dortmundun dörd oyunçusunu izləmək üçün Almaniyaya göndərib

Cüdo
Bu gün, 09:38

İbrahim Talıbov qızıl medal qazanıb – məşqçiləri təbrik edir

Futbol
Bu gün, 09:20

Arsenal, 70 milyon avro dəyərində hücumçunu qış transferi ilə qazanmağa hazırdır

Voleybol
Bu gün, 09:08

Turan CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Oxşar xəbərlər