top
Mesut Özil: Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik Sport24.az
11 oktyabr 2024, 23:45
- ↺ +

Mesut Özil: "Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik"

Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil media nümayəndələri ilə görüşüb. Sport24.az xəbər verir ki, 36 yaşlı veteran futbolçu jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox danışmağı sevmirəm. Çox şadam ki, buradayam. Türkiyədə "Məsut Özil İdman Akademiyası" açacağıq. Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Burada azarkeşlər məni sevindiridi. Dəstəyə görə təşəkkür edirəm. Çox qürurlandım.

 

- Azərbaycanda klub almaq istəyirsiz?

- Belə fikrim yoxdur. Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirmək, onların Arda Güler kimi Avropada böyük klublarda oynamalarıdır. Hər şeyi Allah bilər.

 

- "Qarabağ" - "Arsenal" matçını necə xatırlayırsız?

- Yadımdadır. Tam xatırlamıram. Atmosfer də əla idi. Hər zaman burda məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. Daha əvvəl də Azərbaycana gəlmişdim.

 

- Əvvəllər də ulduz futbolçular akademiya açmışdı, amma daha sonra bağlandı. Eyni aqibətin olmaması üçün nə edəcəksiz? 

- Önəmli olan isimlər yox, niyyətdir. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram var, uğurum var. Statistika hər şeyi göstərir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır. Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik. 

 

- Azərbaycanda "Qarabağ"la işləyəcəksiz?

- Bu, müstəqil layihədir. İstanbulda, daha sonra Azərbaycanda olacaq. Tək Bakıda yox, Azərbaycanda.

 

- "Qarabağ" azarkeşlərinin sizə sevgisi var? "Qarabağ"ı izləyirsiz? 

- Əlbəttə ki  izləyirəm. "Qarabağ"a qarşı da oynamışam. Onlara qalib gəldik, edəcək bir şey yoxdur(gülür).

 

- Azarkeşlər istəyir ki, "Qarabağ" sizi transfer etsin... 

- Futbolu buraxmışam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Bu gün, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Bu gün, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Bu gün, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Bu gün, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Bu gün, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Bu gün, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Bu gün, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Bu gün, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Bu gün, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Bu gün, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Oxşar xəbərlər