Lionel Messinin karyerası ərzində oynadığı komandalar ümumilikdə 33 dəfə qrupdan çıxıblar.
"Report" "Opta"ya istinadən xəbər verir ki, hazırda hücumçunun çıxış etdiyi "İnter Mayami" (ABŞ) klublararası dünya çempionatında növbəti mərhələyə adlamağı bacarıb.
ABŞ təmsilçisi III turda "Palmeyras"la (Braziliya) heç-heçə (2:2) etməklə adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, A qrupunda yer alan "İnter Mayami" qrup mərhələsini 5 xalla ikinci pillədə tamamlayıb. Eyni xala malik Braziliya təmsilçisi növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb.