top
Messidən növbəti rekordlar İdman.biz
20 oktyabr 2024, 13:51
- ↺ +

Messidən növbəti rekordlar

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi rekordları qırmaqda davam edir.

İdman.biz xəbər verir ki, ulduz forvard MLS-in daimi mövsümünün son turunda 11 dəqiqəyə het-triki ilə diqqət çəkib.

"Nyu İnqlənd Revoluşn"la (6:2) ilk hissəsi Luis Suaresin dublu ilə 2:2 başa çatın matçda fasilədən sonra son 3 qolu 58-ci dəqiqədə meydana çıxan Messi vurub. Meydana çıxandan 10 dəqiqə sonra fərqlənən argentinalı 11 dəqiqəyə (78, 81, 89) het-trikini rəsmiləşdirib.

37 yaşlı forvard meydana çıxandan 15 saniyə sonra qol ötürməsi ilə də fərqlənib. Doğrudur, 58-ci dəqiqədə fərqlənən Benjamin Kremaskiyə son ötürməni Jordi Alba verib. Ancaq MLS-də sonuncudan əvvəlki ötürmə də qolda mühüm rol oynayırsa hesaba alınır. Nəticədə matçda 3+1 məhsuldarlığı ilə fərqlənən Messi MLS tarixinin yeni rekorduna imza atıb. O, çempionatda meydana sonradan çıxaraq 3+1 nəticəsinə imza atan ilk futbolçu kimi yarışın tarixinə düşüb.

Vurduğu qollar sayəsində Lionel komandasının tarixinə də ən yaxşı bombardir kimi düşüb. İndiyədək "İnter Mayami" formasında ən çox fərqlənmiş futbolçu 98 oyuna 32 qola müəlliflik etmiş ekvadorlu Leonardo Kampanu idi. Argentinalı dünya çempionu isə 36-cı oyununda 33-cü qolunu vurub. Siyahıda 3-cü yerdə 70 oyunda 29 qol vurmuş Qonsalo İquain, 4-cü yerdə 34 oyuna 24 qolu olan Luis Suaresdir.

Son matçda vurduqları qollarla Messi və Suares cari mövsümdəki qollarının sayını 20-yə çatdırdılar. Onlar yalnız çempionatın bombardiri – "Di Si Yunayted"də 23 qolun müəllifi olan Konqo əsilli belçikalı forvard Kristian Bentekedən geri qalırlar.

Messili, Suaresli "İnter Mayami" daimi mövsümü 74 xalla Şərq konfransında 1-ci pillədə başa vurub ki, bu da MLS tarixinin yeni rekordudur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Oxşar xəbərlər