Argentina millisinin ulduzu Lionel Messinin klub karyerası ilə bağlı qərarı bəlli olub.
İdman.biz xəbər verir ki, 37 yaşlı hücumçu "İnter Mayami" ilə müqaviləsi bitənə qədər MLS klubunda qalacaq.
O, 2025-ci ilin sonunadək ABŞ təmsilçisində çıxış etməyə qərar verib. Messi DÇ-2026-ya daha yaxşı hazır olmaq üçün Şimali Amerikada oynamağı zəruri hesab edir.
Qeyd edək ki, Lionel 2023-cü ilin yayında keçdiyi Mayami təmsilçisində 39 matçda 34 qol və 18 assistə imza atıb.
İdman.biz