"İnter Mayami"nin ulduzu Lionel Messi komandanın son məşqində iştirak etməyib.
İdman.biz xəbər verir ki, onun hazırlıqdan kənarda qalmasının səbəbi açıqlanmayıb.
Argentinalı futbolçunun fərdi idman zalında məşq etdiyi bildirilib. İyulun 15-də Amerika kubokunun finalında topuğundan zədələnən Messi avqustun sonunda komandanın məşqlərinə qoşulub.
Qeyd edək ki, "İnter Mayami" növbəti oyununu sentyabrln 15-də "Filadelfiya"ya qarşı keçirəcək.
İdman.biz