Argentina millisinin kapitanı Lionel Messi növbəti dünya çempionatında iştirak arzusunu ifadə edib.
İdman.Biz xəbər verir ki, ulduz futbolçu bu barədə "Mundo Deportivo" nəşrinə danışıb.
Argentinalı, "Düzünü desəm, dünya çempionatında iştirak etmək inanılmaz dərəcədə gözəl olardı. Komandanın bir hissəsi kimi formamı qoruyub, vacib rol oynamaq istəyirəm. Əlbəttə, çox həyəcanlıyam, çünki bu, dünya çempionatıdır. Biz son turniri qazandıq və həmin titulu qorumaq çox gözəl olardı", - deyə bildirib.