"İnter Mayami"nin hücumçusu Lionel Messi yenidən Argentina millisinə dəvət alıb.
İdman.biz xəbər verir ki, 37 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsinin Çili və Kolumbiya ilə oyunlarda çıxış edə biləcək.
Messi bundan əvvəl zədə səbəbindən millinin son 2 matçında forma geyinməmişdi.
Qeyd edək ki, Argentina komandası iyunun 6-da Çili, 11-də isə Kolumbiya ilə qarşılaşacaq.
İdman.biz