Argentina millisinin kapitanı Lionel Messi son günlər medanın gündəmindən düşmür.
İdman.Biz xəbər verir ki, Messi son açıqlamasında karyerasının bitmə mərhələsində olduğunu qəbul etdiyini və yalnız önəmli nailiyyətlərə fokuslandığını dilə gətirib.
"Başqa bir Dünya Kuboku, yoxsa başqa bir "Qızıl top"? sualı ilə üzləşən Leo, "başqa bir Dünya Kuboku" cavabını verib.
Həmçinin o, "klub sahibi olmaq, yoxsa məşqçi" sualını cavablandırarkən, klub sahibi olmaq istədiyini söyləyib.
Qeyd edək ki, Messi futbol karyerasında 8 dəfə "Qızıl top" mükafatı qazanıb.