"İnter Mayami"nin hücumçusu Lionel Messi 2025-ci ildə Argentinanın "Nyuells Old Boyz" klubuna qayıda bilər. Sport24.az xəbər verir ki, hücumçu 1994-2000-ci illərdə gənclər səviyyəsində çıxış etdiyi "Nyuells Old Boyz"da peşəkar karyerasını bitirmək istəyir.
37 yaşlı forvardın "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilədəkdir.
Lionel daha əvvəl "Barselona" və PSJ-də çıxış edib. Argentina millisi ilə hücumçu 2022-ci ildə dünya çempionu olub.