"İnter Miami"nin kapitanı Lionel Messi klubla yeni müqavilənin bütün şərtləri üzrə razılığa gəlib.
İdman.biz xəbər verir lo, bu barədə tanınmış jurnalist Nikolo Skira bildirib.
38 yaşlı hücumçunun hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu, lakin tərəflər onun müddətinin uzadılması ilə bağlı anlaşıblar.
Qeyd edək ki, bundan əvvəl bildirilirdi ki, Messi 2026-cı il dünya çempionatı və "2028 Copa América"da iştirak etmək üçün 2028-ci ilə qədər "İnter Miami"nin heyətində qalmaq istəyir. Ulduz futbolçu bu müddət ərzində oyun formasını qorumağı hədəfləyir.