Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunun tarixinə düşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu klub tarixində 50 qol vuran ilk oyunçu olub.
Bu, klublararası dünya çempionatınnın II turunun A qrupunda baş tutan "Portu" ilə oyundan (2:1) sonra reallaşıb. Argentinalı futbolçu bu görüşün 54-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənib. Bu, Messinin "İnter Mayami"nin heyətində 50-ci qolu olub.
Qeyd edək ki, ABŞ klubunun bombardirləri siyahısında Luis Suares (33) ikinci, Leonardo Kampana (32) üçüncüdür.