Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun Meksikanın "Nekaks" komandası ilə ev oyununda zədələnib.
"Report"un məlumatına görə, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.
Matçdan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin bud nahiyəsində diskomfort hiss etdiyini bildirib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.
Messinin 38 yaşı var, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Ötən mövsüm futbolçu MLS-in müntəzəm çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Messi karyerası ərzində İspaniyanın "Barselona" və Fransanın "Pari Sen-Jermen" klublarında çıxış edib. Argentinalı səkkiz "Qızıl top"un qalibidir. Argentina millisi ilə Messi Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.