"Nyu York Siti" ilə oyunda dublla yadda qalan Lionel Messi bombardirlik yarışında ilk pilləyə yüksəlib. Sport24.az xəbər verir ki, hazırda argentinalı ulduzun aktivində 24 qol var.
"Los-Anceles" hücumçusu Denis Buanqa 22 qolla ikinci yerdədir. "Neşvill"in formasını geyinən Sem Sarric isə 21 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, ötən gecə "İnter Mayami" səfərdə "Nyu York Siti"ni 4:0 hesabı ilə məğlub edib.