ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi, Jordi Alba və Serxio Busketsin bu gecə eyni komandada son dəfə oynaya biləcəyi ilə bağlı iddialar gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, "İnter Mayami" bu gecəki qarşılaşmada məğlub olarsa, ulduz futbolçuların triosu bir daha birlikdə meydana çıxmaya bilər.
Paylaşım müəllifləri Messinin belə ssenariyə imkan verməyəcəyini, kapitanın komandanı qələbəyə daşımağa çalışacağını vurğulayırlar.