top
“Məşqçi kimi 1300 oyun keçirmişəm, mənə məsləhət verə bilməzsiniz” İdman.biz
27 noyabr 2024, 15:18
- ↺ +

“Məşqçi kimi 1300 oyun keçirmişəm, mənə məsləhət verə bilməzsiniz”

UEFA Çempionlar Liqasında 5-ci tur davam edir.

İdman.biz xəbər verir ki, bu gün Avropanın əsas klub yarışında həftənin qalan 9 oyunu keçiriləcək.

Şübhəsiz, gecənin səbirsizliklə gözlənən oyunu "Liverpul" – "Real Madrid" qarşılaşmasıdır. Bu, hazırda Çempionlar Liqasında xal itirməyən yeganə komanda və İngiltərə Premyer Liqasının lideri ilə ÇL-in son qalibinin görüşü olacaq. "Liverpul" növbəti qələbəsini qazanmaqla 13 xalla 1-ci pilləyə yüksələn "İnter"dən liderliyi geri ala bilər. Təbii, bu, asan olmayacaq.

Düzdür, "Real"ın işləri yaxşı getmir, 6 xalla 21-ci yerdədir, amma məhz "Liverpul"a qarşı uğurlu seriyaya malikdir. 2009-cu ildə Çempionlar Liqasının 1/8 finalında iki dəfə İngiltərə klubuna məğlub olan (0:1, 0:4) madridlilər bu rəqiblə sonrakı səkkiz oyunda nəinki uduzmayıb, hətta iki dəfə finalda qalib gələrək kuboku qazanıblar: 2018-ci ildə 3:1 və 2022-ci ildə 1:0. Ötən il "Dumanlı Albion"dakı son matçda da "Real" "Liverpul"dan aşkar güclü olub – 5:2.

Rəqiblərin bugünkü matçından əvvəl keçirilən mətbuat konfransında "Real"ın baş məşqçisi Karlo Ançelotti "Leqanes"lə oyunda Vinisiusu əvəzləməməsi və nəticədə braziliyalının zədələnərək təxminən bir aya yaxın müddətə sıradan çıxması ilə bağlı suallara bir az sərt cavab verib: "Çox məsləhətlər eşidirəm, amma unutmayın ki, məşqçi kimi 1300 oyun keçirmişəm, 1300 dəfə oyun üçün heyət seçmişəm və 4000-dən çox dəyişiklik etmişəm. Ona görə də buradakılardan heç biri mənə məsləhət verə bilməz. Milli oyunlardan qayıdan Vinisius və Valverde kimi oyunçular yaxşı formada idilər və nöqtə. Bəzən zədələr olur və bunun səbəbini hamımız bilirik – çünki oyun sayı çoxdur".

"Liverpul"un baş məşqçisi Arne Slot da rəqiblərinin əsas oyunçularından biri olan Vinisiusun oynamayacağı ilə bağlı fikrini bildirib: "Bu və ya digər futbolçunun oynayıb-oynamayacağından asılı olaraq matçlara fərqli hazırlaşırıq. Fərqli bir şey gözləməliyik. O, demək olar ki, hər matçda oynayırdı, indi bizi nə gözlədiyini bilmək olduqca çətindir. Rəqibin heyəti bizim üçün sürpriz olacaq, amma bilirik ki, orada başqa böyük oyunçular da var".

Bu da Slotun "Real"ın digər ulduz futbolçusu Kilian Mbappe ilə bağlı fikirləri: "Onun üçün hansı mövqenin daha optimal olması məni maraqlandırmır. Mən onun oyun keyfiyyətləri ilə bağlı narahatam, ona qarşı müdafiə olunmağın çox çətin olduğunu dəfələrlə sübut edib. O, hazırda dünyanın ən yaxşı oyunçularından biridir".

Günün digər oyunlarından "Aston Villa" – "Yuventus" qarşılaşmasını da qeyd etmək olar. İngiltərə təmsilçisi 9 xalla 12-ci, İtaliya klubu isə 7 xalla 16-cı yerdədir. "Aston Villa" bütün yarışlarda son altı oyununda qələbə qazanmayıb. "Yuventus" isə əksinə, altı matçdır uduzmur – düzdür, bu oyunlardan dördündə heç-heçə edib.

Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr

21:45 Srvena Zvezda – Ştutqart
21:45 Şturm – Jirona
00:00 Aston Villa – Yuventus
00:00 Bolonya – Lill
00:00 Seltik – Brügge
00:00 Dinamo Zaqreb – Borussiya Dortmund
00:00 Liverpul – Real Madrid
00:00 Monako – Benfika
00:00 PSV Eyndhoven – Şaxtyor

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Oxşar xəbərlər