"Barselona"nın sabiq futbolçusu Andreas İnyesta klub sahibi olub.
İdman.biz xəbər verir ki, bunu bir müddət öncə karyerasını bitirən ispan yarımmüdafiəçinin özü açıqlayıb.
O bildirib ki, Danimarkanın "Helsinger" klubunu alıb. İnyestaya məxsus olan NSN şirkəti İsveçrənin "Stoneweg" şirkəti ilə birlikdə "Helsinger" klubunu satın alıb.
Qeyd edək ki, "Helsinger" 2010-cu ildə yaradılıb. Klub hazırda Danimarkanın 3-cü Divizionunda mübarizə aparır.
İdman.biz