ABŞ millisinin və "Finiks"in məşhur basketbolçusu Kevin Durant PSJ-nin səhmdarı olub. Sport24.az xəbər verir ki, bu barədə ulduz basketbolçunun təsisçisi olduğu "Boardroom" sosial şəbəkə hesabında məlumat yayıb.
Durant Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə klubun təlim-məşq bazasına və təhsil mərkəzinə baş çəkib.
Qeyd edək ki, Kevin Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında ABŞ millisi ilə qızıl medal qazanıb. O, komanda növündə dörd olimpiadada bu mükafatı əldə edən ilk kişi idmançıdır.