top
Mert Çelik mərc oyunları ittihamları və milli komanda perspektivləri haqqında danışdı Idman.biz
15 noyabr 2025, 16:14
- ↺ +

Mert Çelik mərc oyunları ittihamları və milli komanda perspektivləri haqqında danışdı

"İlk gündən bəri yaxın ətrafıma eyni şeyi deyirdim. Mən heç bir mərc oyunu oynamamışam".

Bunu "Neftçi" və "Səbail" klublarında çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu Mert Çelik Türkiyə futbolunun gündəmini zəbt edən mərc oyunları məsələsində adının hallanması ilə bağlı "Report"a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

Baş verənlərə görə təəssüfləndiyini deyən "Sivasspor"un 25 yaşlı futbolçusu martda yenidən Azərbaycan yığmasından dəvət gözlədiyini söyləyib.

- Adınızın mərc oyunlarında hallanması ilə bağlı nə deyə bilərsiniz?

- İlk gündən bəri yaxın ətrafıma eyni şeyi deyirdim. Mən heç bir mərc oyunu oynamamışam. Yaxın zamanda hər şeyin ortaya çıxacağını gözləyirdim. Nəhayət, həqiqət gün üzünə çıxdı. Məni ən çox narahat edən məqam adımın belə bir məsələdə hallanması oldu.

- Nəticədə 45 gün müddətinə futboldan kənarlaşdırıldınız...

- Yenə də ən yüngül cəza ilə bu prosesi geridə qoymaq mənə müəyyən mənada təsəlli verir. Yaxın zamanda bu hadisələri unudub, daha güclü şəkildə geri dönməyi planlaşdırıram. Verilən qərarı normal qarşılayıram.

- Ümumiyyətlə, sizi bu məsələdə günahlandırmalarının səbəbi nə idi?

- Məsələnin səbəbi uşaqlıqda açdığım və mövcudluğundan xəbərsiz olduğum bir hesab idi. Bu hesabdan heç bir mərc edilməyib. Amma sən demə, hesab varsa və heç bir mərc edilməyibsə belə, cəza tətbiq olunur. Mən bunu bilmirdim. Türkiyə Futbol Federasiyası da ən aşağı olan, 45 günlük cəzanı verdi.

- Məlum hadisənin Azərbaycanda da böyük rezonans doğurduğunu bilirdiniz?

- Bəli. Buna görə də təəssüf hissi yaşadım.

- Son olaraq, Azərbaycanın Belarus millisi ilə keçirdiyi hazırlıq oyununda iştirak etmişdiniz. Daha sonra milli komandanın heyətində meydana çıxmadınız. Sizcə, yığmaya çağırılmamağınızın səbəbi bu məsələ ilə bağlıdır?

- Bu məsələnin milli komanda ilə heç bir əlaqəsi yoxdur. Bu mövsüm bir neçə dəfə dəvət aldım. Həm Fernandu Santuş, həm də Ayxan Abbasov məni siyahıya daxil edib. "Sivasspor" da bu barədə məlumatlı idi. Lakin son anda rəsmi oyun üçün heyətə alınmadım.

- 45 gün ərzində nə etməyi planlaşdırırsınız?

- Təbii ki, durmadan çalışacağam. Həm "Sivasspor"un Superliqaya çıxması, həm də Azərbaycan yığmasına dəvət ala bilmək üçün əlimdən gələni edəcəyəm.

- "Sivasspor" rəhbərliyi ilə danışığınız oldu?

- "Sivasspor" rəhbərliyi günahsız olduğumu ilk gündən bilirdi. Çünki dosyemin təmiz olduğunu gördülər. Klub prezidenti və məşqçilər heyəti "Sivasspor" camiəsinin arxamda olduğunu bildirdilər. Bu mənə çox motivasiya verdi. Nəticədə dedikləri kimi də oldu və mən "Sivasspor"un formasını geyinməyə davam edəcəyəm.

- Bəs Azərbaycandan necə, sizinlə əlaqə saxlayanlar oldu?

- Xeyr, belə bir hal yaşanmadı.

- Mövcud durumun yenidən Azərbaycan millisinə çağırılmağınıza mane olacağını düşünmürsünüz?

- Bu vəziyyətin gələcəkdə problem yaradacağını düşünmürəm. Çünki günahsızam. Mərc oyunları ilə heç bir bağlılığım yoxdur. İnanıram ki, martda yenidən yığmaya çağırılacağam. Geri dönüb, Azərbaycan millisinə töhfə vermək istəyirəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Oxşar xəbərlər