top
Mert Çelik: “Bu sualdan yayınmaq istərdim” Sport24.az
26 avqust 2024, 15:00
- ↺ +

Mert Çelik: “Bu sualdan yayınmaq istərdim”

Premyer Liqanın IV turunda "Səbail" mövsümdə ilk qələbəsini qazanıb. "Dənizçilər" doğma meydanda "Kəpəz"i 4:0 məğlub ediblər. Bayıl təmsilçisinin bu yay heyətinə qatdığı Mert Çelik Sport24.az-a müsahibə verib. Müdafiəçi komandasının qələbəsindən, Azərbaycana qayıdışından danışmaqla yanaşı bizi maraqlandıran başqa sualları da cavablandırıb.  

 

- Nəhayət ki, IV turda üç xal qazandız. Qələbəylə bağlı fikirlərin maraqlıdı...
- Qələbəyə ehtiyacımız var idi. Əvvəlki qarşılaşmalarda qələbəyə yaxın olsaq da, qismət "Kəpəz"lə oyuna imiş. Ümid edirəm ki, qarşıdakı matçlarda uğurlu çıxışıçızı davam etdirəcəyik.

 

- Əvvəlki 3 matçda qələbə qazana bilməməyinizin səbəbi nə idi?
- Yeni qurulan komandayıq. Özüm də daxil, bir çox oyunçular klubda təzədilər. Turlar ötdükcə bir-birimizə daha çox uyğunlaşacağıq. Fikrimcə, "Kəpəz"lə oyunda meydanda bir-birini daha yaxşı anlaşan komanda var idi.

 

- "Səbail"in qarşısına hansı məqsəd qoyulub?
- Hər oyunda yaxşı performans sərgiləməklə maksimum xal toplayıb irəli getmək istəyirik.
Ümid edirəm ki, finişdə adımıza layiq yerdə olacağıq.

 

- Azərbaycana qayıdışın barədə nə deyərdin?
- Türkiyədə olduğum müddətdə daim Azərbaycan haqqında düşünürdüm. Daim Premyer Liqanı izləyirdim. Tanışlarıma həmişə Azərbaycan, Bakı və ölkə futbolu haqqında danışırdım. Odur ki, bura qayıdışımdan çox xoşbəxtəm. Ümid edirəm "Səbail"də uğur qazanacam. Bu mövsüm elitada daha gərgin mübarizə gedəcəyini düşünürəm.

 

- Türkiyədən baxanda Azərbaycan futbolu necə görünür?
- "Qarabağ"ın qitəmiqyaslı yarışlarda illərdi sabit çıxışı hamıya məlumdu. Qurban Qurbanovun komandasının Avropa Liqasında çıxışı Türkiyədə böyük coşquyla qarşılandı. Ağdam təmsilçisinə Türkiyədə də rəğbət bəsləyənlər, uğurlarına sevinənlər çoxdu.

 

- Həm "Qarabağ", həm də "Qalatasaray" ÇL-in pley-offunun ilk qarşılaşmasında məğlub oldular. Səncə, hər iki komanda geridönüş edə biləcək?
- Hər iki komanda avrokuboklarda bir çox güclü rəqibləri gözüyaşlı qoymağı bacarıblar. Ona görə iki kollektivin cavab matçında uğur qazanacaqlarına inanıram.

 

- Yaşamağa Türkiyə, yoxsa Azərbaycan yaxşıdı?
- Bu sualdan yayınmaq istərdim (gülür). Hər iki ölkədə yaşamağın yaxşı tərəfləri var. Mənə görə hər iki qardaş dövlətdə yaşamaq rahat və xoşdu.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Oxşar xəbərlər