Ötən gecə 20 yaşa qədər futbolçular arasında Çilidə təşkil olunan dünya çempionatının final matçı keçirilib. Spoirt24.az xəbər verir ki, turnirin həlledici matçında Argentina Mərakeş ilə üz-üzə gəlib.
Qarşılaşma Mərakeş yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Afrika təmsilçisinin heyətində Yaser Zabiri dublla yadda qalıb.
Qeyd edək ki, Mərakeş tarixində ilk dəfə U-20 dünya çempionatının qalibi olub.