top
Məqsəd İsayev: Sumqayıta qarşı oyunda qol vurmağım tam fərqli bir hiss idi Idman.biz
22 aprel 2025, 13:23
- ↺ +

Məqsəd İsayev: "Sumqayıt"a qarşı oyunda qol vurmağım tam fərqli bir hiss idi"

"İlk dəqiqələrdən üstünlüyü ələ alıb iki qol vurduq".

Bunu İdman.biz-ə "Zirə"nin futbolçusu Məqsəd İsayev deyib.

O, Misli Premyer Liqasının XXXI turunda "Sumqayıt"la (3:1) matçı dəyərləndirib. 31 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan çempionatlarında keçirdiyi 250-ci oyunun qələbə ilə bitməsi sevindiricidir: "Düşünürəm ki, layiqli qələbə qazandıq. Sözün düzü, yaddaqalan oyunlarım çox olub. Hansınısa xüsusi olaraq fərqləndirmək istəməzdim. Ancaq "Sumqayıt"la ev oyununda vurduğum qol və qazandığımız qələbə mənim üçün bir başqa oldu".

İsayev aprelin 26-da Misli Premyer Liqasının XXXII turu çərçivəsində baş tutacaq "Kəpəz"lə matç öncəsi fikirlərini də açıqlayıb: "Kəpəz"lə oyun səfərdə olacaq. Bu qarşılaşmada stadion amili də haradasa rol oynayacaq. Süni meydançada oynamaq bir qədər çətindir, ancaq əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Çempionat başlayanda hədəf "üçlük" idi. Düşünürəm ki, öhdəsindən gəlmişik. Bununla kifayətlənmək olmaz, yayda avrokuboklar var. Orada da layiqli oynamaq lazımdır".

Yayda "Zirə" ilə ikillik müqaviləsi bitəcək futbolçunun klubla yollarını ayırıb-ayırmayacağına isə hələlik aydınlıq gəlməyib: "Klubla bu mövzuda söhbətimiz olmayıb. Hazırda bütün fikrimi qarşıdakı oyunlara yönəltmişəm".

Qeyd edək ki, İsayev Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. Məqsəd "Neftçi"də 75, "Şamaxı"da 6 (1 qol), "Sabah"da 39 (1 qol), "Səbail"də 20, "Qəbələ"də 61 (3 qol), "Zirə"də 49 (1 qol) matça çıxıb. Müdafdiəçi Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən "Sumqayıt" – "Neftçi" görüşündə (1:2) debüt edib.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Oxşar xəbərlər