"Başqa təkliflər də var idi. Ancaq seçimim "Kəpəz" oldu. Məni komandaya baş məşqçi dəvət edib". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in yeni transferi Məqsəd İsayev deyib.
31 yaşlı futbolçu komandasının yeni mövsüm üçün hədəflərindən danışıb:
"Adil müəllimin rəhbərliyi altında çıxış etmişəm. Onu yaxşı tanıyıram deyə, razılıq verdim. Hansı tələblərin olduğunu bilirəm. Heyətimiz tam komplektləşməsə də, tədricən qaydasına düşəcək. Mübariz, hər oyuna xal və xallar üçün çıxacaq kollektiv olacağıq, azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Büdcəmiz az ola bilər, ancaq bu o demək deyil ki, turnir cədvəlinin alt pillərində yer alacağıq. Məqsədimiz Gəncəni layiqincə təmsil etməkdir. Hər klubda ayrılıqlar olur. Rəhbərlik gedənlərin yerini doldurmağa çalışır".
Qeyd edək ki, təcrübəli müdafiəçi "Kəpəz"lə birillik müqavilə imzalatıb.