top
Mən olsaydım, komandanı dərhal Naxçıvana aparardım Sport24.az
17 may 2025, 19:17
- ↺ +

Mən olsaydım, komandanı dərhal Naxçıvana aparardım

Misli Premyer Liqasının XXXV turunun "Şamaxı" – "Araz-Naxçıvan" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Ağır oyun alındı. Bilirdik ki, bizi nə gözləyir. Ümumi götürəndə mövsüm ərzində istədiyim oyunu və nəticəni gördüm. Sevindiricidir. Naxçıvan adına sevindiricidir. Rəhbərliyi təbrik edirəm. Bizə inandılar. Komanda olaraq daha yaxşı ola bilərik. Konfrans Liqası haqda nəsə danışsam, tez olacaq. Gələcəklə bağlı qarşıdakı günlərdə görüş olacaq, planlar müzakirə olunacaq.

 

– Konfrans Liqasında azı bir mərhələ keçmək üçün neçə transfer istəyəcəksiniz?

– Rəhbərliklə görüşdə də daha çox komandanın inkişafı maraqlandırırdı. Nəticə istəyirlər, amma daha çox komanda olaraq buna can atırdıq. Nəsə deyə bilmərəm. Hər şey ola bilər. Bəlkə, mənim işim qane etməyə bilər. Buna da hazır olmalıyıq. Daha yaxşı, iddialı komanda formalaşdırmaq fikrimiz var.

 

– Naxçıvan futbolu tarixində ilkə imza atdız. Bu qələbəni Naxçıvanda qeyd etmək fikriniz var?

– Mənlik olsa, bu dəqiqə komandanı Naxçıvana apararam. Mənə aid sual deyil. Məsələ rəhbərlik səviyyəsində həll olunmalıdır. Öz şəhərimizdə oynasaq, daha da üstünlük qazana bilərik. Növbəti mövsüm Naxçıvanda oynamağa ümid edirik.

 

– Heyətlə bağlı planlar nədir?

– Mən qarışıq hamının müqaviləsi bitir. Yalnız Ribeyronun müqaviləsi var. Əsas komandanı saxlamaq və əlavə gücləndirmək lazımdır. İstədiyim layihəni qəbul etsələr, davam edərik.

 

– Bu medal məşqçi karyeranızda hansı yeri tutur?

– Daha əvvəl "Qəbələ"də yaxşı nəticələri də olub, pis də. İnam olan yerdə məşqçi də iddiasını qoruya bilər.

 

– Məyusluq var ki, potensialınıza görə ikinci ola bilərdiniz?

– Xeyr. Mövsüm ərzində heyətlə bağlı çətinliklər yaşadıq. Daha güclü olmaq üçün heyət geniş olmalıdır.

 

– Mövsüm ərzində çox çətinliklər oldu, amma 3-cü yeri tutdunuz. Futbolçuları buna necə inandırdınız?

– Uğurda daha çox pay sahibi futbolçulardır. Yaxşı xarakterə sahib kollektiv formalaşdırdıq. Onlar çətinliyə dözməyi bacarırdı. Komanda yığmaq asandır, amma eyni fikirli insanları cəmləmək çətin olur.

 

– "Qəbələ" yenidən elitaya qayıtdı. Fikirləriniz nədir?

– Onların yeri Premyer Liqadı. Təbriklərimi çatdırmışam.

 

Nuh Tarverdiyev 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər