top
Məmməd Hüseynov: Qırmızı vərəqə aldığım epizodda ağrının təsiri altında nəzarəti itirdim Idman.biz
28 oktyabr 2025, 14:46
- ↺ +

Məmməd Hüseynov: "Qırmızı vərəqə aldığım epizodda ağrının təsiri altında nəzarəti itirdim"

"Mənə sərt müdaxiləyə görə qırmızı verildiyi deyildi. Əgər belə qərar verilibsə, başqa nəsə deyə bilmərəm".

Bunu "Kəpəz"in qapıçısı Məmməd Hüseynov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Ötən tur "Şamaxı" üzərindəki qələbədən sonra hamı "İmişli"yə qarşı daha uğurlu çıxış edəcəyinizi gözləyirdi. Amma…

– Hər oyuna qələbə üçün çıxırıq. 0:3 hesablı məğlubiyyət gözlənilməz oldu. Amma bu futboldur və gözlənilməz hadisələr oyunu bu yerə gətirib çıxardı.

– Qırmızı vərəqə aldığın epizod çox müzakirə olundu. Həmin epizodla bağlı nə deyə bilərsən? Səncə, hakim "qırmızı"nı ləğv etməli idi?

– Epizod zamanı, hələ toqquşmadan əvvəl qapıdan çıxıb qaçarkən təəssüf ki, sol baldır əzələm yırtıldı. Əzələm yırtıldıqdan sonra kəskin ağrının təsiri altında və anlıq zaman ərzində kontrolu tamamilə itirdim. Nə özümü dayandıra, nə də topa yetişib düzgün müdaxilə edə bildim. Nəticədə belə bir vəziyyət yarandı.

– Hakimin həmin epizodla bağlı verdiyi qərarlardan narazı deyilsiniz? Çünki sonradan oyundankənar vəziyyət olduğu ortaya çıxdı.

– Hakim qərarları haqqında danışmaq istəmirəm. Sadəcə mənə sərt müdaxiləyə görə qırmızı verildiyi deyildi. Əgər belə qərar verilibsə, başqa nəsə deyə bilmərəm.

– Oyundan sonra "Instagram"da paylaşım etmişdin. Zədələdiyin Vüsal Qənbərovla danışdın və yanına getdin?

– Vüsal Qənbərovla aramızda dostluq əlaqələri var. Əlaqə saxlayıram, danışırıq. Öz zədəmlə bağlı yanına getmək qismət olmayıb. Hələ ki, doğru-düzgün gəzə bilmirəm. Tez bir zamanda yanına gedəcəm.

– "Kəpəz"in durumu barədə nə düşünürsən? Komanda vəziyyəti dəyişə biləcək?

– Bu klubda olan hər kəs - istər rəhbərlik, istər məşqçilər, istər biz futbolçular buna inanırıq. İnşallah, hər şey bizim üçün yaxşı olacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Oxşar xəbərlər