top
Məktəbli Qızlar turnirinə yekun vuruldu: qalib 220 saylı məktəb oldu Sport24.az
08 may 2026, 14:40
- +

"Məktəbli Qızlar" turnirinə yekun vuruldu: qalib 220 saylı məktəb oldu

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə yekun vurulub. Sport24.az xəbər verir ki, 59 saylı tam orta məktəbdə əvvəlcə Bakının 55 saylı və Lənkəranın 5 saylı məktəbləri III yer uğrunda oyunda qarşılaşıblar. Ardından final görüşündə Bakı şəhəri 220 saylı tam orta məktəb və Lənkəran şəhəri 1 saylı tam orta məktəbin komandası üz-üzə gəlib.

 

220 saylı tam orta məktəb turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq 1 saylı tam orta məktəb və 55 saylı tam orta məktəbin komandaları tutublar. İlk üç yerin sahiblərinə diplom və medallar, qalibə isə kubok təqdim olunub.

 

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, AFFA-nın Dövlət qurumları ilə işlər üzrə məsul şəxsi Ramazan Səmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əməkdaşı Xanım Həsənova və Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Sevda Ramazanova təqdim ediblər.

 

Qeyd edək ki, "Məktəbli Qızlar" turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihə 2 regionda - Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə, həmçinin Lənkərandan 10 məktəbdə keçirilib. Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:11

UEFA prezidenti FIFA Klublararası Dünya çempionatını boykot etməyə hazırlaşır

Futbol
Bu gün, 06:13

Fulhem Qonsalo Qarsiyanın transferi üçün Real Madridə 40 milyon avro ödəyəcək

Futbol
Bu gün, 05:10

Bernardo Silva: “Mourinyonun rəhbərliyi altında işləməyi gözləyirəm”

Futbol
Bu gün, 04:05

Vinisius “Real”la müqaviləsini uzatmaq şərtlərini açıqladı

Futbol
Bu gün, 03:14

Fulhem „Real Madriddən“ yarımmüdafiəçi transfer edib

Boks
Bu gün, 02:41

Entoni Coşua və Tayson Fyuri arasında döyüş Nyu-Yorkda baş tuta bilər

Futbol
Bu gün, 02:10

Serbiya Futbol Assosiasiyası İnfantinonun FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləməkdən imtina edib

Futbol
Bu gün, 01:54

Mudrikin transferi ilə maraqlanan klublar

Futbol
Bu gün, 01:33

Fiorentina Yuventusdan icarəyə müdafiəçi alıb

Futbol
Bu gün, 00:53

Qonsalo Qarsiya “Real Madrid”dən “Fulhem”ə keçdi

Futbol
Bu gün, 00:31

"Napoli" Lindströmün "Şalke"yətransferi uğursuzлугun səbəblərini açıqladı

Futbol
Bu gün, 00:12

Nəriman Axundzadə “Ərzurumspor”a keçib

Futbol
Dünən, 23:54

Ronaldu toyuna gələcək qonaqlar

Tennis
Dünən, 23:38

Serena və Venus Uilyams Sinsinnati “Masters”in cütlük yarışlarında iştirak edəcəklər

Qarabağ FK
Dünən, 23:24

"Sabah" Çempionlar Liqasına "Orhus"la qarşılaşaraq başlayır

Futbol
Dünən, 23:24

Sabah - Orhus qarşılaşacaq

Futbol
Dünən, 23:23

Tramp İnfantinonun FIFA prezidenti vəzifəsində qalması üçün əlindən gələni edəcək

Futbol
Dünən, 23:08

"Arsenal" 2026/2027 mövsümü üçün üçüncü formasını təqdim edib

Futbol
Dünən, 22:52

Borussiya Dortmund 18 yaşlı yunan oyunçunu transfer edib

Futbol
Dünən, 22:37

Nəriman Axundzadə “Kolambus Kryu”dan “Ərzurumspora”

Voleybol
Dünən, 22:25

"Turan" Cənubi Koreyalı voleybolçu ilə anlaşıb

Voleybol
Dünən, 22:06

Çimərlik voleybolu Azərbaycan çempionatı püşkü atılıb

Futbol
Dünən, 21:56

Qəbələdə İmişli Sumqayıtı məğlub etdi

Futbol
Dünən, 21:50

„Beşiktaş“ Mauro İkardidan imtina edib

Oxşar xəbərlər