ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda qrup mərhələsi davam edir. Sport24.az xəbər verir ki, B qrupunda sonuncu turun oyunları keçirilib.
Yamaykanı məğlub edən Venesuela ardıcıl 3-cü qələbəsini qazanıb və 1/4 finala vəsiqə qazanıb. Ekvador - Meksika qarşılaşması isə qolsuz başa çatıb. Bu nəticə isə Ekvadora sərf edib və Mərkəzi Amerika millisi pley-offa yüksəlib. Meksika isə qrupda qalıb.
Amerika kuboku
Qrup mərhələsi, III tur
B qrupu, 1 iyul
Yamayka – Venesuela – 0:3
Eduard Bello, 49, Salomon Rondon, 56, Erik Ramires, 85
Meksika – Ekvador – 0:0