Meksika milli komandası, ölkədəki iğtişaşlara baxmayaraq, 25 fevral çərşənbə günü Keretarodakı "Estadio Corregidora" stadionunda İslandiya yığması ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
İdman.Biz bu barədə ESPN-ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Meksika milli komandası bazar ertəsi günü Keretaroda planlaşdırılan məşqini keçirib. Oyunun planlaşdırıldığı kimi, 26 fevral gecəsi, Bakı vaxtı ilə saat 6:00-da baş tutacağı gözlənilir.
Meksikalı narkobaron və Xalisko yeni nəsil kartelinin lideri, "El Menço" kimi tanınan Nemesio Oseguera Servantes bazar günü hərbi əməliyyat zamanı öldürülüb və bu, qrup üzvləri arasında geniş qəzəbə səbəb olub. Meksika şəhərlərinin küçələrində etiraz olaraq iğtişaşlar başlayıb. Nəticədə, Liqa MX və qadınlar liqasında bir neçə oyun ləğv edilib.