top
Məhəmmədəliyev: Uşaq futboluna investisiya qoyulsa, heyətdə 11 azərbaycanlı görmək olar Idman.biz
30 yanvar 2026, 02:49
- ↺ +

Məhəmmədəliyev: Uşaq futboluna investisiya qoyulsa, heyətdə 11 azərbaycanlı görmək olar

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəfə Azərbaycan komandasının Çempionlar Liqasının pley-off mərhələsinə çıxmasının ölkədə futbolun inkişafına necə təsir edəcəyi barədə ehtimallarını dilə gətirib.

İdman.Biz-in məlumatına görə, o, "Çempionat"ın müxbiri Vladimir Çetverikə verdiyi müsahibədə pley-off mərhələsinə yüksəlməyin təkcə "Qarabağ" üçün deyil, bütövlükdə Azərbaycan futbolunun inkişafı üçün əhəmiyyətindən bəhs edib.

"Dövlət başçısı həmişə futbola böyük maraq göstərib. O, bu idman növünü sevir və nəticələri daim izləyir. Bu impulsdan yararlanmaq vacibdir - ölkədə futbol "bum"u var, uşaqlar oynamaq və məşq etmək istəyirlər. Mühüm qərarlar qəbul edilməlidir. Düşünürəm ki, bu, insanların akademiyalara, gənclərə və uşaqlara investisiya qoymalı olduğunu başa düşdüyü bir dönüş nöqtəsi olmalıdır. Çünki bu, təməldir. Ümid edirəm ki, bu, baş verəcək. Biz bundan bəhrələnməli və irəliləməyə başlamalıyıq" – qapıçı deyib.

O əlavə edib ki, bütün uşaqların futbol oynamaq istədiyi, hər kəsin özünü hansısa futbol ulduzunun adı ilə çağırdığı anı qaçırmamalıyıq.

"Uşaq futboluna investisiya qoymalı və 10 ildən sonra komandanın heyətində iki azərbaycanlı əvəzinə 11 nəfərin olacağını gözləməliyik" - Şahruddin Məhəmmədəliyev əlavə edib.

Pley-off mərhələsində PSJ ilə qarşılaşmaq arzusu

O, müsahibəsində Çempionlar Liqasının pley-off mərhələsində PSJ ilə qarşılaşmaq istədiyini də bildirib. Lakin PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovla qarşılaşmaq onun seçiminin əsas səbəbi deyil.

"Əlbəttə ki, PSJ ilə qarşılaşmağı üstün tutardım. Matvey Safonova görə yox, daha çox ulduzlu və tanınmış klub olduğu üçün. Həmişə ən yaxşı olanlarla oynamaq istəyirəm. Hamımız başa düşürük ki, həm "Nyukasl", həm də PSJ-yə qarşı oyun çətin olacaq. Ona görə də parisli ulduzlarla oynamağa üstünlük verərdim. Amma başqa seçimim yoxdur" – Məhəmmədəliyev deyib.

"Qarabağ" pley-off mərhələsində ya "Pari Sen-Jermen" (Fransa), ya da "Nyukasl Yunayted"lə (İngiltərə) qarşılaşa bilər. Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması yanvarın 30-da keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-də başlayacaq.

Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümünün pley-off mərhələsi 2026-cı il fevralın 17-18-də və 24-25-də keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Oxşar xəbərlər