"Liverpul"un və Misir millisinin vingeri Məhəmməd Salah özünü "Mançester Siti"nin mərkəzi hücumçusu Erlinq Haalandla ilə müqayisə edib. Sport24.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində yazıb:
"Erlinqə çox hörmət edirəm. O, mərkəz hücumçusudur, onun üçün qol vurmaq daha asandır. Bir cinah oyunçusu üçün onun kimi statistikaya nail olmaq çətindir. İstənilən vinger bunu sizə deyəcək. Aramızda olan fərqi belə görürəm: o, mərkəz hücumçusu, mən isə cinah oyunçusuyam".
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. O, bu mövsüm Premyer Liqada 24 qol vurub. Haalandın aktivində isə 19 qol var.