İngiltərə Premyer Liqasında tarixin ən yaxşı vingerləri bəlli olub. Sport24.az xəbər verir ki, "FourFourTwo"nun hazırladığı reytinqdə ilk pillədə Məhəmməd Salah qərarlaşıb.
Kriştiano Ronaldo ikinci yerdədir. İlk "üçlüy"ü Son Xın Min tamamlayır. Eden Azar, Sadio Mane, Qaret Beyl, Rober Pires, Rayan Giqqz, Riyad Mahrez və Devid Bekhem də "Top-10"da yer alıb.
Qeyd edək ki, reytinqin lideri olan Salah Premyer Liqada iki klubda - "Liverpul" və "Çelsi"də oynayıb. O, hazırda da mersisaydlıların formasını geyinir.