top
Məğlubedilməz Qurbanov, debütdəki uğursuzluq: Finalda nələr gözlənilir? Idman.biz
24 aprel 2025, 13:57
- ↺ +

Məğlubedilməz Qurbanov, debütdəki uğursuzluq: Finalda nələr gözlənilir?

Azərbaycan kubokunun final oyununun iştirakçıları müəyyənləşib.

İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada "Qarabağ"la "Sabah" üz-üzə gələcək.

Tarixində 12-ci dəfə finala yüksəlməklə rekord vuran Ağdam klubu ardıcıl 2-ci, ümumilikdə 9-cu kuboku başı üzərinə qaldırmaq əzmindədir. "Sabah" isə adını ilk dəfə finala yazdırıb.

Mayın 31-də keçiriləcək həlledici qarşılaşma öncəsi bəzi məqamlar diqqət çəkir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşdə bəzi tendensiyalar davam edə, bəziləri qırıla bilər.

"Qarabağ" XXI əsrdə final matçına çıxdığı hər cəhdində kuboka sahib çıxıb. Ağdam klubu əvvəlki 24 ildə 7 dəfə belə nailiyyətə imza atıb.

Onlardan 6-sı indiki baş məşqçi Qurban Qurbanovla bağlıdır. Azərbaycan futbolunun ən titullu mütəxəssisi kubokun finalında məğlubiyyət nə olduğunu bilmir.

"Qarabağ"ın finaldakı son məğlubiyyəti isə 1999/2000 mövsümünə təsadüf edib. Həmin vaxt ağdamlılar "Kəpəz"lə görüşdə kuboka baxa-baxa qalıb – 1:2.

"Sabah" isə finalın debütantlarının "kabus"unu aradan qaldırmalıdır. XXI əsrdə start götürən heç bir mövsümdə ilk dəfə final görən komanda belə həyəcanı öncədən də yaşamış rəqibinə qalib gəlməyib.

Əsrlərin qovuşduğu 2000/01 mövsümü belə hadisənin yaşandığı son turnir olub. Həmin vaxt finalda "Şəfa" "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. Maraqlı məqam ondan ibarətdir ki, həmin vaxt görüş indiki kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

Düzdür, sonrakı illərdə iki komanda elə ilk finalında kuboku başı üzərinə qaldırıb. Amma hər iki halda həlledici görüşün iştirakçılarının ikisi üçün də bu birinci final olub. 2004/05 mövsümündə "Bakı" ilə "İnter" ("Şamaxı"), iki il sonra "Xəzər Lənkəran"la "MKT-Araz" tarixlərində ilk dəfə yarımfinal səddini keçiblər. Təbii ki, finalın iki debütantı üz-üzə gəldiyi üçün hansısa komanda ilk cəhdində kuboka yiyələnib.

Final təcrübəsinə malik rəqiblə görüşən debütantların taleyi isə eyni olub – məğlubiyyət. "Şəfa"nın Sumqayıtda qazandığı kubokdan sonra "MKT-Araz"la "İnter"dən başqa, "Karvan", "Qəbələ", "Sumqayıt" və "Zirə"nin də "siftə"si kuboka baxmaqla keçib.

Qeyd edək ki, Sumqayıtdakı matç ölkə kuboku tarixində 31-ci final olacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Oxşar xəbərlər