"Real"ın futbolçusu Killian Mbappenin PSJ ilə məhkəmə işi davam edir. Sport24.az xəbər verir ki, 25 yaşlı fransalı futbolçu oktyabrın 15-i Fransa Peşəkar Futbol Liqasının Birləşmiş Apellyasiya Şurası qarşısında Paris klubu ilə məhkəməyə çıxacaq.
Buna səbəb PSJ-nin LFP-nin Hüquqi Komitəsinin qərarını apellyasiyaya verməsi olub.