"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının üçüncü turunda "Yuventus"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra komandasını eyni əhval-ruhiyyəni saxlamağa çağırıb.
İdman.Biz-in məlumatına görə, fransalı futbolçu sosial media hesabında bu barədə yazıb:
"Komanda düzgün yoldadır. Gəlin elə həmin ruhda da davam edək. İrəlidə "El klasiko" var. Görüşənədək, madridlilər".
"Real" İspaniya La Liqasının 10-cu turunda "Barselona" ilə qarşılaşacaq. Oyun bazar günü Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
La Liqanın 9 turundan sonra "Real Madrid" 24 xalla birinci yerdədir. "Barselona"nın 22 xalı var və ikinci yerdədir.