Fransa millisinin futbolçusu Kilian Mbappe komandanın son məşqində iştirak etməyib.
"Report" "Tutto Mercato"ya istinadən xəbər verir ki, hücumçu zədəli olduğu üçün hazırlıq prosesinə qatılmayıb.
İspaniyanın "Real" klubundan çıxış edən forvard La Liqada "Vilyarreal"a qalib gəldikləri (3:1) matçda xəsarət alb.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını Azərbaycan yığmasına qarşı keçirəcək. Qarşılaşma oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.