"Real"ın futbolçusu Kilian Mbappe mövqeyindən narazıdır. Sport24.az xəbər verir ki, fransalı futbolçu baş məşqçi Karlo Ançelottinin onu hücumun mərkəzində oynatmasını istəmir.
Bu barədə "sport.es" saytı məlumat yayıb.
Mbappe hücumun cinahında daha faydalı olacağını düşünür.
Mbappe bu mövsüm "Real"la 15 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.