"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının cari mövsümünün favoritinin adını çəkib. Sport24.az xəbər verir ki, fransalı futbolçu bununla bağlı "Bild"ə açıqlama verib:
"Mən həmişə "Real" deyirəm. Avropada çoxlu yaxşı komandalar var. Biz bunu keçən il yeni formatla gördük. Bu il daha da yaxşı olacaq".
Ötən mövsüm "Real" mübarizəni Çempionlar Liqasının 1/4 final mərhələsində dayandırıb.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi Fransa təmsilçisi PSJ-dir. Luis Enrikenin komandası həlledici qarşılaşmada Milan "İnter"ini 5:0 hesabı ilə məğlub edib.