"Real Madrid"in hücumçusu Kilian Mbappe, kataloniyalıların Madrid klubunu 3:2 hesabı ilə məğlub etdiyi İspaniya Superkuboku finalından sonra iki "Barselona" oyunçusu - Pau Kubarsi və Fermin Lopezin davranışından qəzəblənib.
İdman.Biz bu barədə AS-a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, fransız hücumçu kataloniyalı oyunçularının "Real Madrid"ə qarşı hörmətsiz və təhqiramiz davranışından narazı qalıb. Bu səbəbdən Mbappe komanda yoldaşlarını "Barselona"ya şərəf dəhlizi yaratmamağa çağırıb.
12 yanvar bazar ertəsi günü "Real Madrid" Xabi Alonsonun baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlayıb. Mediada yayılan məlumatlara görə, vəzifəsindən azad edilmənin səbəblərindən biri Mbappenin hərəkətləri ola bilər ki, bu da nəticədə məşqçinin nüfuzuna xələl gətirib.