İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Avropanın top-5 liqalarında vurulan qolların sayına görə həmyerlisi Tyerri Anrini geridə qoyub.
"Report"un məlumatına görə, fransalı hücumçu buna La Liqanın XI turunda "Valensiya"ya qalib gəldikləri (4:0) matçda dubl etməklə nail olub.
O, Avropanın ən yaxşı beş çempionatında 291-ci qarşılaşmada 235-ci qoluna imza atıb.
Tyerri Anri 459 görüşdə 233 dəfə fərqlənmişdi.
Qeyd edək ki, Mbappe "Monako"da 16, PSJ-də 162, "Real"da 44 dəfə rəqib qapılarına yol tapıb.