Xorxe Valdanoya müsahibə verən Kilian Mbappe "Real"da çalışdığı Karlo Ançelotti və Xabi Alonsonu müqayisə edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun fikrincə, onlar iki fərqli insandır: "Bunlar kəsişən iki nəsil məşqçidir. Ançelotti tarixin ən yaxşı məşqçilərindən biridir. Onun soyunub-geyinmə otağına girəndə xoşbəxt olursan. O, hər zaman oyunçularının yanında olan, həmişə kömək etməyə çalışan bir insandır.
Xabi də həqiqətən kömək etmək istəyir, amma o, daha gəncdir, onun sübut etmək üçün daha çox vaxtı var...
"Real" klubunda ən yaxşısını sınamaq istəyir. ona mümkün qədər çox titul qazanmağa kömək etməyə çalışırıq... Karlonun isə daha sübut edəcəyi nəsə yoxdur!"