top
Maykl Cordanın nadir avtomobili auksiona çıxarıldı Sport24.az
04 sentyabr 2024, 15:00
- ↺ +

Maykl Cordanın nadir avtomobili auksiona çıxarıldı

TBTFW onlayn bazarında çox nadir 2007-ci il buraxılışlı "Mercedes-Benz SLR McLaren 722 Edition" satışa çıxarılıb. Sport24.az xəbər verir ki, Stirling Mossun 1955-ci ildə "Mille Miglia"da qələbəsini qeyd etmək üçün cəmi 150 ədəd istehsal edilən avtomobil əvvəllər basketbol əfsanəsi Maykl Cordana məxsus idi.

 

"Mercedes-Benz SLR McLaren" ilk dəfə 1999-cu ildə konsept olaraq təqdim edilib və kütləvi istehsalına 2003-cü ildə başlanılıb. Avtomobil həmin illərdə alman brendinin Formula 1-də əməkdaşlıq etdiyi "McLaren"in iştirakı ilə hazırlanıb. Avtomobilin 460 kVt (626 at gücü) hasil edən 5,4 litrlik M155 SLR V8 mühərriki var, lakin "722 Edition"da bu rəqəm 478 kVt (650 at gücü) olur.

 

"Mercedes-Benz SLR McLaren 722 Edition" 2006-cı ildə buraxılıb. Model, Stirling Mossun 1955-ci ildə "Mille Miglia" yarışında qalib gəldiyi avtomobilin bort nömrəsinə görə adlandırılmışdır. Əsas versiyadan fərqli olaraq, "722 Edition" bir qədər yüngüldür, daha sərt asılqana və azaldılmış klirensə malikdir. Bu avtomobil 100 km/saat həddinə 3,6 saniyəyə çatır, maksimal sürəti isə 337 km/saatdır.

 

TBTFW saytında Maykl Cordanın "Mercedes-Benz SLR McLaren 722 Edition" modelini 650 min dollara təklif edilir. Xatırladaq ki, 2023-cü ilin mayında Bonhams auksionunda həmin avtomobil 822 min dollara satılıb. Onu da qeyd edək ki, bu ilin iyul ayında RM Sotheby"s auksionunda daha nadir "Mercedes-Benz SLR McLaren Stirling Moss" 3,4 milyon avroya satılmışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Oxşar xəbərlər