"İnter"in və PSJ-nin keçmiş hücumçusu və "Qalatasaray"ın hazırkı futbolçusu Mauro İkardi A Seriyasına qayıtmağa yaxındır.
İdman.Biz bu barədə "La Stampa"ya istinadən bildirir.
Məlumata görə, "Torino"nun prezidenti Urbano Kayro futbolçu ilə müqavilə imzalamaq imkanlarını araşdırır.
"İnter" və "Sampdoriya"da çıxış etdiyi müddətdə A Seriyasında 121 qol vuran argentinalı hücumçu üçün karyerasını davam etdirmək üçün İtaliyaya qayıtmaq prioritet məsələdir.
Bu mövsüm 32 yaşlı İkardi "Qalatasaray"ın heyətində Türkiyə superliqasında 7 matçda 5 qol vurub və hücumda Viktor Osimhenin əsas alternatividir. Transfermarkt-ın məlumatına görə, onun hazırkı transfer dəyəri 8 milyon avrodur.