Amputant futbolu dünyada sürətlə inkişaf edir.
"Report" xəbər verir ki, bunu Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimində Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Viplak deyib.
O, turnirin Azərbaycanda keçirilməsinin çox xoş olduğunu söyləyib:
"Futbol aləmində yenidən olmaq və AFFA ilə bu turniri keçirmək çox xoşdur. Amputant futbolu sürətlə inkişaf edir. Bu yolun bir parçası olmaq möhtəşəmdir. Bütün komandalara, futbolçulara uğurlar arzulayıram".