top
Mateuş Koxalski Qarabağla Çempionlar Liqasında oynamaqdan danışdı Idman.biz
10 sentyabr 2025, 17:53
- ↺ +

Mateuş Koxalski "Qarabağ"la Çempionlar Liqasında oynamaqdan danışdı

Tezliklə Çempionlar Liqasında böyük komandalarla oynayacağımı düşünmək hələ də mənim üçün inanılmazdır. Təsnifat mərhələsində oyunlarımız çox gərgin keçdi, amma məqsədimizə nail olduq. Düşünürəm ki, bu, uzunmüddətli səylərimin nəticəsidir.

İdman.biz xəbər verir ki, AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına müsahibəsində deyib.

O, turnirin təsnifat və pley-off mərhələsindəki yüksək performansını təcrübə ilə əlaqələndirib: "Futbolda hər şey sürətlə dəyişir və heç nəyi istisna etmək olmaz. 2022-ci ilin aprel ayında "Radomyak"la Polşa Ekstraklasasında debüt etdim, iki il sonra isə "Qarabağ"la Avropa Liqasında İngiltərənin nüfuzlu "Tottenhem" klubuna qarşı oynadım. Avropa Liqasında böyük uğurlar qazana bilmədik. Amma "Tottenhem", "Lion", "Ayaks" və "Olimpiakos" kimi rəqiblərlə oynamaq təcrübə baxımından çox faydalı oldu. Bu təcrübə Çempionlar Liqasının təsnifat mərhələsində mənə çox kömək etdi".

25 yaşlı qolkiper Polşa klublarının Çempionlar Liqasında mübarizəni dayandırmasına da münasibət bildirib: "Polşanın dörd təmsilçisinin UEFA Konfrans Liqasına vəsiqə qazanmasına çox şadam, amma Çempionlar Liqası bir neçə pillə yuxarıdadır. İnanıram ki, klublarımızdan biri tezliklə yenidən bu turnirdə təmsil olunacaq. Amma indi mən öz tariximi "Qarabağ"la yazıram. Elit turnirin əsas mərhələsindəki rəqiblərimizə baxanda çox həyəcanlanıram. Bu komandada Azərbaycan çempionluğu uğrunda mübarizə aparıram və avrokuboklarda iştirak edirəm ki, bu da mənim hərtərəfli inkişafımı təmin edir".

Qeyd edək ki, Mateuş Koxalski ötən ilin yayından "Qarabağ"da çıxış edir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər